Strateji İnkişaf Planında fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun iclası keçirilib
19 mart 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış Strateji İnkişaf Planında fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun iclası keçirilib. İclas işinə başlamazdan öncə gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.
Daha sonra Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Strateji İnkişaf Planında fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun hazırladığı iş planının müzakirəsi aparılıb.
İclasın sədri Zakir Əhmədov çıxışında Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun hazırladığı iş planının layihəsininin işçi qaydada hazırlandığını vurğuladı, sənədin rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrupa təqdim edilməsi və onlarla razılaşdırılmasının nəzərdə tutulduğunu qeyd etdi.
Ilasda monitorinq qrupunun səmərəli fəaliyyəti istiqamətində atılacaq addımlarla bağlı zəruri informasiyalar haqqında məlumat verilib. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında əks olunan fəaliyyətlərin həyata keçirilməsi üçün görüləcək işlər diqqətə çatdırılıb. Fəaliyyətlər arasında konkret tədbirlərin müəyyən olunduğu söylənilib.