Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində (GDU) “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək “İnsan Hüquqları Günü”nün yaranma tarixindən, insan hüquqları və mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərdən ətraflı danışıb. Qeyd edib ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyevin “İnsan hüquqları və azadlıqları”, dosent Həmid Abbasovun “İnsan hüquqlarının müdafiəsi sahəsində görülən işlər”, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudovanın “Vətəndaşların hüquq və vəzifələri”, Azərbaycan tarixi kafedrasının baş müəllimi İlham Məmmədovun “Müstəqil Azərbaycan Respublikasında hüquq azadlığı” mövzularında məruzələri dinlənilib.
Çıxış edənlər “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən hüquqi maarifləndirmə tədbirinin əhəmiyyətindən bəhs ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti