39 SAYLI MƏKTƏBDƏ TƏLƏBƏLƏRİN AÇIQ DƏRSLƏRİ

22 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin baza məktəbi olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə universitetin Xarici dillər fakültəsinin Xarici dil (ingilis) müəllimliyi ixtisasının IV kurs tələbələrinin İngilis dili fənnindən açıq dərsləri keçirildi. Tələbələr Sahilə Hüseynovanın  “Azərbaycan”  və Həcər Həsənovanın “Hətta heyvanlarında evə ehtiyacı var” adlı açıq dərslərində Təcrübə və karyera şöbəsinin əməkdaşları Lamiyə Süleymanova, Lalə Əsgərova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Rəhimov, Alman dili kafedrasının müdiri dosent Elvin Atakişiyev, təcrübə rəhbəri-baş müəllim Gülnaz Məmmədova, məktəbin fənn müəllimləri Lalə Məmmədova və Ülviyyə Axundova, sinif rəhbərləri və məktəbdə təcrübə keçən İngilis dili ixtisasının  tələbələri iştirak etmişlər.

Hər iki açıq dərs iştirakçılarda müsbət rəy yaratdı. Müzakirədə iştirak edənlərin ümumi fikrinə əsasən tələbələrin açıq dərsləri nümunəvi dərslər kimi qənaətbəxş qiymətləndirildi. Növbəti dərslərin daha yaxşı səviyyədə aparılması üçün tələbələrə elmi və metodiki tövsiyyələr də verildi.