39 saylı orta məktəbdə Musiqi kafedrasının konsert proqramı

23.05.2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Təhsilin Pedaqoqikası və Metodikası kafedrasının müdiri Allahverdi Quliyevin təşəbbüsü və musiqi fənnləri  kafedrasının iştirakı ilə Gəncə şəhər 39 nömrəli məktəbdə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Allahverdi Quliyev  rektor Yusif Yusibovun məktəb kollektivinə,tədbir iştirakçılarına salamlarını çatdıraraq tədbirin işinə uğurlar arzuladı.

Tədbirdə musiqi fənnləri kafedrasının tələbələri və məktəbin istedadlı şagirdləri konsert proqramı ilə çıxış etmişlər.