QİYABİ FORMADA TƏHSİL ALAN TƏLƏBƏLƏRİN DƏRSLƏRİ BAŞLAdı
Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə qiyabi formada təhsil alan tələbələrin 1 iyun 2026-cı il tarixdə dərsləri başlayıb. Qiyabi şöbənin müdiri Elsevər Nağıyev auditoriyalarda olub və tələbələrə dərslərində uğurlar arzu edib.
Görüş zamanı o da qeyd olunub ki, dərslərin yüksək səviyyədə təşkili, gənclərin zəruri dərsliklərlə təminatı və imtahanların obyektiv, şəffaf keçirilməsi universitet rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır.
Daha sonra tələbələrə tədris prosesi və imtahan qaydaları barədə ətraflı məlumat verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





