44 günlük Vətən Müharibəsi dövründə Gəncədə dağıntılara məruz qalmış ərazi ziyarət edilib
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Filologiya və Xarici dillər fakültəsinin bir qrup müəllimi və tələbələri 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət ediblər və terror zamanı həyatını itirən dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.
Prorektor Gülsüm Fətəliyeva Vətən müharibəsi zamanı Ermənistan silahli qüvvələri tərəfindən günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlər barədə gənclərə ətraflı məlumat verib. Bir daha xatırladılıb ki, 2020-ci il oktyarın 11-də, gecə saatlarında Gəncə şəhəri 4-cü dəfə düşmənin raket hücümuna məruz qalmışdır. Nəticədə Ə.Rəfibəyli küçəsində yaşayan 10 dinc sakin hadisə qurbanı olmuş, 34 nəfər isə yaralanmışdır. Ümumilikdə isə Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti