5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür
Bu gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən, insanların layiqli vətəndaş kimi yetişməsində əvəzsiz rolu olan müəllimlərin peşə bayramıdır.“Beynəlxalq Müəllimlər Günü” YUNESKO-nun qərarı ilə 1966-cı ildən, Azərbaycanda isə 1993-cü ildən qeyd edilir. Müəllim əməyini daim yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev hər zaman qürurla söyləyirdi : “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyətini və şərəfli müəllim adını daşıyan hər kəsi “Beynəlxalq Müəllimlər Günü” münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə bu şərəfli, məsuliyyətli yolda uğurlar arzulayıram!
Hörmətlə:
Gəncə Dövlət Universitetinin rektoru prof. Yusif Yusibov