5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Rektorun baş müşaviri Asif Cavadov çıxışında bildirib ki, 5 oktyabr tarixi həyatını xalqın işıqlı gələcəyinə həsr edən, insanların layiqli vətəndaş kimi yetişməsində əvəzsiz rolu olan müəllimlərin peşə bayramıdır. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən, Azərbaycanda isə 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarları hesab olunurlar.
Tədbirdə Universitet AHİK-in sədri Afaq Qasımova ölkəmizdə təhsilin inkişafı istiqamətində aparılan islahatlardan danışıb və artıq bunun da öz bəhrəsinin verdiyini bildirib.
O da diqqətə çatdırılıb ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin hər bir məkdaşına aylıq əmək haqqının 10 %-i miqdarında pul mükafatı veriləcək.ƏLİLLİYİ OLAN TƏLƏBƏLƏR ÜÇÜN MƏRKƏZ
Tədbirin sonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bir qrup əməkdaşa Fəxri fərman təqdim olunub.




