80 illik yubiley münasibəti ilə təbriklər

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Botanika kafedrasının baş müəllimi Fizuli Bayramovun anadan olmasının 80 illik yubileyi və uzun müddətli səmərəli elmi fəaliyyəti münasibəti ilə Fəxri Fərman və mükafat ilə təltif etmişdir.

   Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Fəxri Fərmanı yubilyara  təqdim edərək ali məktəb rəhbərliyi adından təbrik etmişdir.

    Qeyd edək ki, Fizuli Bayramov 1970-ci ildən GDU-nun Kimya kafedrasında çalışmış, 1990-cı ildən bu günə kimi Botanika kafedrasında əmək fəaliyyətini davam etdirir.

    F. Bayramovun universitetdə 58 illik fəaliyyəti dövründə 37-dən çox elmi məqaləsi bir çox mərkəzi jurnallarda dərc olunmuşdur. Bir neçə elmi məqaləsi isə beynəlxalq konfrans materiallarında çap edilmişdir. Bu məqalələr nəzəri və praktiki baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti