Gəncə Dövlət Universitetində tyutor vəzifəsinə namizədlər imtahan verib

Gəncə Dövlət Universitetində tyutor (akademik məsləhətçi) vəzifəsi üçün növbəti imtahan keçirilib.

       19 namizədin iştirak etdiyi test imtahanında ən az 30 bal toplayan şəxslər növbəti mərhələdə iştirak etmək şansı əldə ebiblər. Müsahibə mərhələsi isə 27-28 dekabr tarixlərində keçiriləcəkdir.

       Qeyd edək ki, universitetdə bir müddət əvvəl tyutor vəzifəsinin ilkin mərhələsi üzrə qəbul olunmuş tyutorlar 15 günlük öyrədici təlimlərdən sonra artıq fakültələrə təhkim olunaraq fəaliyyətə başlayıblar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti