MEDİATS LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏR İLƏ ONLAYN GÖRÜŞ KEÇİRİLMİŞDİR
30 aprel 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi Avropa Komissyasının Erasmus+ proqramının MEDIATS layihəsi çərçivəsində universitetin buraxılış kursunda təhsil alan tələbələri ilə ZOOM platforması vasitəsilə onlayn görüş keçirilmişdir. Görüşün moderatoru Beynəlxalq əlaqələr şöbəsinin müdiri və Mediats layihəsinin üzvü Ruslan Məmmədov idi. Qeyd edək ki, görüş Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin təşkilatçılığı […]








