MEDIATS layihəsi çərçivəsində layihənin Ukraynalı koordinatoru olan KROK Universitetinin əməkdaşları ilə onlayn görüş keçirilmişdir

21 aprel 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin və Xəzər Universitetinin tərəfdaşı olduğu Avropa Komissyasının Erasmus+ proqramının MEDIATS layihəsi çərçivəsində layihənin Ukraynalı koordinatoru olan KROK Universitetinin əməkdaşları Qalina Boqaçenko və Andrey Lotaryev ilə ZOOM platforması vasitəsilə onlayn görüş keçirilmişdir.

Qeyd edək ki, görüşdə  Gəncə Dövlət Universitetini İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, IKT şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil edib.

Onlayn görüşdə layihə çərçivəsində mediasiya ilə bağlı materialların hazırlanması, nəşri və magistr ixtisasının açılması ətrafında geniş müzakirələr aparılmış, koordinator universitetin bu sahədəki təcrübələri görüş iştirakçılarına çatdırılmışdır. Həmçinin layihə çərçivəsində bundan sonra görüləcək bəzi işlərə də toxunulmuşdur və növbəti onlayn görüşün mövzusu müəyyənləşdirilmişdir.

Qeyd edək ki,  koordinatorla onlayn görüş zamanı layihənin digər Azərbaycan tərəfdaşı olan Xəzər Universiteti əməkdaşları da iştirak etmişlər.