MEDIATS layihəsi çərçivəsində yerli tərəfdaşların iştirakı ilə online görüş təşkil edilmişdir

Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi və Niderland Biznes Akademiyasının kordinatoru olduğu Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsinin  icrası davam etməkdədir. Belə ki, pandemiyadan dolayı layihə çərçivəsində xarici səfərlər, üzbəüz təlimlər, planlaşdırılan işlər və iclaslar müvəqqəti təxirə salınıb. Buna baxmayaraq, Avropa Komissiyasının tövsiyəsi ilə layihənin icra müddəti, qalan müddət üçün iş planının yenidən nəzərdən keçirilməsi və qarşıda duran bir sıra məsələlərin müzakirə edilməsi məqsədilə 20 aprel 2020-ci il tarixdə onlayn görüş təşkil edilib.

Qeyd edək ki, “Mediasiya: təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihədə Azərbaycanı Xəzər Universiteti və Gəncə Dövlət Universiteti təmsil edir.

Yerli tərəfdaşlar arasında keçirilən görüş zamanı hər iki universitetdə mediasiya dəyərlərinin yayılması, tətbiqi və mediasiya sahəsində magistr ixtisasının açılması müzakirə edilib. Eyni zamanda layihə çərçivəsində qarşıda duran öhdəliklərin yerinə yetirilməsi üçün atılacaq addımlar haqqında danışılıb.

 “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək və Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.