Beynəlxalq elmi konfrans

 

Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri

Beynəlxalq elmi konfrans

 

 02-03 may 2019-cu ildə Gəncə Dövlət Universiteti Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri mövzusunda elmi konfrans keçirəcəkdir.

Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

  • Müasir kimyanın aktual problemləri
  • Müasir biologiyanın aktual problemləri
  • Müasir fizikanın aktual problemləri
  • Müasir coğrafiyanın aktual problemləri
  • Müasir iqtisadiyyatın aktual problemləri

 

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada  15 fevral 2019-cu ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: elm@gdu.edu.az

 

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son tarix                           15  fevral 2019-cu il

Çap olunmuş məqalələr məcmuəsinin paylanması             02  may 2019-cu il                                                                  

Konfransın təntənəli açılış mərasimi                                    02 may 2019 -cu il

Bölmə iclasları                                                                      02-03 may 2019-cu il

Konfransın bağlanış mərasimi                                              03 may 2019-cu il

 

 

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis. Xülasə: ingilis dilində.
  3. Konfransa problem xarakterli məqalələr qəbul olunur.
  4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri/Azərbaycan Respublikası.

E-mail:  elm@gdu.edu.az,  (+99422) 256 33 58