Təcrübəçi tələbələr SOS uşaq kəndində
Tarix-coğrafiya fakültəsinin 4-cü kurs tələbələri SOS Uşaq Kəndinin fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbirdə müəssisənin direktoru Nəsimi Ələkbərli, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist-müəllim Qərənfil Ramazanova, SOS Uşaq Kəndinin sosial işçisi Xədicə Səlimxanova və təcrübəçi tələbələr iştirak ediblər.
Əvvəlcə SOS kəndinin direktoru Nəsimi Ələkbərli sosial iş və Sos Uşaq Kəndi haqqında ətraflı məlumat verib, gələcəkdə görüləcək işlərdən danışıb.
SOS Uşaq Kəndinin sosial işçisi Xədicə Səlimxanova Günərzi Qayğı Mərkəzi layihəsi ilə bağlı təcrübəçi tələbələrə ətraflı məlumat verib.
Bildirilib ki, həmin layihə 20 nəfər az təminatlı ailənin uşağını təmin edir. Layihədə uşaqlarla yanaşı ailənin vəziyyətinin yaxşılaşdırılması da nəzərdə tutulub.
Sonda bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi qeyd edilib.