Təhsil Nazirliyi müəllimlərin işə qəbulu prosesi ilə əlaqədar Gəncə Dövlət Universitetində seminar keçirib

Martın 28-də Təhsil Nazirliyi İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələr üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib.

Seminarda Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, İnsan Resursları Mərkəzinin əməkdaşları Suqra Quliyeva, Muxtar Hacıyev və Lalə Məmmədova iştirak edib.

Bildirilib ki, universitetin bir çox tələbələri MİQ imtahanlarında yığdıqları bala görə işlə təmin olunublar. Direktorların işə qəbul imtahanları nəticəsində universitet məzunlarının yer aldığı diqqətə çatdırlııb.

Tədbirdə çıxış edən Suqra Quliyeva bildirib ki, seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir.

Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən təqdimat nümayiş etdirilib.

MİQ imtahanları ilə işlə təmin edilən Gəncə Dövlət Universitetinin məzunları olan Danulduz Həsənova və Aynur Şirinova seminarda çıxış edərək, öz pedaqoji fəaliyyətlərindən bəhs ediblər.

Sonda əməkdaşlar tərəfindən  tələbələri maraqlandıran  suallar cavablandırılıb.