Təcrübəçi tələbələrə sınaq dərslərindən sonra metodik məsləhətlər verilib
Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbdə Xarici dillər fakültəsinini 4-cü kurs tələbəsi Aynur Hüseynlinin sınaq dərsi keçirilib.
Rus dili müəllimliyi ixtisasının tələbəsi olan Aynur Hüseynlinin məktəbin 4-cü sinif şagirdləri üçün E.L.Şvarsın «Сказка о потерянном времени» ( Hədər getmiş vaxt haqqında nağıl) mövzusunda keçdiyi dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.
Dərsdə orta məktəbin direktoru Arzu Əliyeva, Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Rus dili kafedrasının müdiri Kəmalə Əhmədova, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist müəllim Mənsurə Nağıyeva, orta məktəbin fənn müəllimi Könül Əliyeva və məktəbdə təcrübədə olan tələbələr iştirak edib.
Mövzu yaşa dolmuş, hətta bəzi qocalmış insanların həyatını faydasız və mənasız keçirmələri, möcüzə nəticəsində bir neçə saatlıq gələcək zamana keçib faydasız yaşamalarını dərk edərək nəticə çıxarmalarına həsr olunub.
Tələbə mövzunu maraqlı izah edib, dərsi müasir təlim metodlarına əsasən təşkil edib. Dərsdə əyani vəsaitlərdən geniş istifadə olunub.
Şagirdlər mövzuya aid test tapşırıqlarını işləyib, suallara ətraflı cavab veriblər.
Dərsdə çıxış edən metodist müəllimlər təcrübəçi tələbə Aynur Hüseynliyə keçdiyi dərs haqqında müəyyən metodiki məsləhətlər veriblər.
Sonda dərs qənaətbəxş hesab edilib.