Universitetin baza məktəbində sınaq dərsləri davam edir

Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbdə Tarix-coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Həbibə Qurbanovanın “Qədim Yunanıstan mədəniyyəti ” mövzusunda sınaq dərsi keçirilib.

Dərsdə Ümumi tarix kafedrasının müdiri Vüsalə Veysəlova, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist müəllim Saidə İsmayılzadə və məktəbdə təcrübə keçən tələblər iştirak edib.

Mövzunun tədrisində qədim yunan mədəniyyəti, ictimai binalar, məbədlər, məktəblər, teatr və heykəllərin ucaldılması, memarlıq və heykəltəraşlıq abidələri , olimpiya oyunları və sair haqqında şagirdlərə ətraflı məlumat verilib. Təcrübəçi tələbə Demokrit, Hippokrat, Herodot, Aristotel kimi dünya elminin inkişafında böyük xidmətləri olan alimlər haqqında maraqlı məlumat verib.

Müasir tədris metodlarına uyğun keçirilən dərsdə əyani vəsaitlərdən geniş istifadə edilib.

Sonda dərs təhlil olunub və metodist müəllimlər tələbəyə metodiki tövsiyyələr veriblər.