“QARABAĞIN İQTİSADİYYATININ GƏLƏCƏYİNƏ BAXIŞ: DAYANIQLI İNKİŞAFIN YENİ MODELİ”

“QARABAĞIN İQTİSADİYYATININ GƏLƏCƏYİNƏ BAXIŞ: DAYANIQLI İNKİŞAFIN YENİ MODELİ” 

mövzusunda 

 beynəlxalq konfransa dəvət haqqında 

Hörmətli həmkarlar! 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans (onlayn) keçiriləcəkdir. Konfransın əsas məqsədiAzərbaycanın uzun illər işğal altında qalmış ərazilərinin mövcud vəziyyətini, “Böyük qayıdış”ın sosial, iqtisadi, demoqrafik və infrastruktur məsələlərini, habelə layiqli insan həyatının təmin olunmasını  elmi əsaslarla beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.

Sizi böyük məmnuniyyətlə 25 may 2021-ci il tarixində keçiriləcək “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.

Konfrans haqqında ətraflı məlumatı https://unec.edu.az saytının “Elanlar” bölməsindən əldə edə bilərsiniz.

Əlavə suallarınız yaranarsa, g.rahimli@unec.edu.az elektron poçtu vasitəsilə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Günay Rəhimli ilə əlaqə saxlaya bilərsiniz.

Ətraflı

Tələb edilən məqalə forması