Elan

AzərbaycanRespublikasınınTəhsilNazirliyi

2021-ci il  noyabrın  23-24 də

Azərbaycan Texniki Universitetində

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika

elmi konfransını keçirir.

Konfransın istiqamətləri:

– Təbiət elmləri (riyaziyyat, fizika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

– Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma,  nəqliyyat);

– Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

  Məruzə tezislərinin tərtib olunma qaydaları

– Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlıstandart (210×297 mm) ağ kağızdaçapolunur;

– Məruzənin mətni 3 səhifəyə qədər  olmalıdır;

– Mətnin əvvəlində məruzəninadı, onunaltındadoktorantın (tədqiqatçının)  soyadı, adıvəatasınınadı, onunaltındaisə  alitəhsilmüəssisəsininadıyazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyataistinadvəmənbələrbuqaydadagöstərilir:

  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
  • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
  • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir

(Məsələn,  2, cəh.222).

Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində)  xülasə və açar sözlər (hər üç dildə) verilır.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və  müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin)  iclas protokolundan çıxarış  əlavə olunur.

Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir. 

Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Bu halda məruzə və əlavə olunan sənədlər  geri qaytarılmır.Məruzə tezisləri  tələb olunan sənədlərlə birlikdə  müvafiq ali təhsil müəssisələrinin  doktorantura şöbələrinə təqdim olunmalıdır.

Qeyd:

Doktorantlar və gənc tədqiqatçılar yalnız tezizlərini aşağıdakı e-mail ünvanlara göndərməlidirlər (tezisin üstündə hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır məs:Tarix bolməsinə).

 Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1iyul 2021-ci il.

E-mail ünvanları:

1.Riyaziyya, fizika, kimya, biologiya və tibb bölmələrinə təqdim olunan  tezislər   bolme-1-2-3@mail.ru
2.Neft –qaz, geologiya, informatika və avtomatikabölmələrinə  təqdim olunan  tezislər
bolme-4.5.6@mail.ru
 
3.İqtisadiyyat,tarix və beynəlxalq münasibətlər   bölmələrinə təqdim olunan  tezislər bolme-7-8@mail.ru 
4.   Azərbaycan filologiyası  vəxarici filologiya bölmələrinə təqdim olunan tezislər bolme-9-10@mail.ru 
5. Hüquq,  coğrafiya və  ekologiya bölmələrinə  təqdim olunan  tezislər  bolme-11-12@mail.ru
6.Pedaqogika və psixologiya bölmələrinə təqdim olunan  tezislər  bolme-13@mai.ru  
7.Memarlıq və inşaat, musiqişunaslıq və mədəniyyətşunaslıq bölmələrinə təqdim olunan tezislər bolme-14-15@mail.ru 
8.Mexanika, maşınşunaslıq, nəqliyyat və metallurgiya  bolme-16@mail.ru