Gəncə Dövlət Universitetində “Mediasiya Mərkəzi” fəaliyyətə başladı
Gəncə Dövlət Universitetinin Avropa Komissiyasının “Erasmus +” proqramı çərçivəsində üzvü olduğu “MEDİATS: Təlimin və Cəmiyyətin transformasiyası” layihəsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 mart 2019-cu il № 1555-VQ saylı təsdiq etdiyi “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu” qanunun icrasında mediasiya sahəsinə töhvə verilməsi məqsədi ilə universitetin nəzdində “Mediasiya Mərkəzi” yaradıldı. 16 oktyabr 2021-ci ildə baş tutan açılış mərasimi Universitetin rektoru prof. Yusif Yusibov və universitet əməkdaşlarının iştirakı ilə baş tutdu. Universitetin əsas tədris binasında İnnovasiyalar Departamentinin nəzdində yaradılan mərkəz üçün xüsusi otaq ayrılmış və bu otaq həm “MEDİATS” layihəsi həm də universitet rəhbərliyinin dəstəyi ilə alınmış avadanlıqlarla təchiz olunmuşdur.
Universitetin rektor prof. Yusif Yusibov açılış mərasimində əməkdaşlara uğurlar diləyərək günümüzdə yeni aktuallıq qazanmış mediasiya sahəsinin unviersitetdə tətbiq edilməsindən sevincli olduğunu bildirdi və mərkəzə ictimai əsaslarla təyin olunan Məmmədov Ruslan Həsən oğluna fəaliyyərində uğurlar arzuladı. Qeyd edək ki, Ruslan Məmmədov beynəlxalq sertifikatlaşmadan keçmiş təcrübəli mütəxəssisdir. O, Niderland, Latviya və İspaniya da mediasiya sahəsində beynəlxalq təlimlərdə iştirak edərək “Sertifikatlaşmış beynəlxalq mediator” diplomu ilə təltif olunubdur.
Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq yaradılan mərkəz fəaliyyəti çərçivəsində universitet daxilində tələbə, müəllim və administrativ heyətin mübahisəli məsələlərininin hər iki tərəfin razılığı əsasında həllinə nail olmaqdır. Bununla yanaşı, müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıqlar qurmaqla bu sahədə ən yeni tətbiqlərin inteqrasiya olunmaqla mediasiya siyasəti, mediasiyanın icra mexanizmləri və mediasiya dəyərlərinin universitetdə tətbiqi və s. kimi məsələlərin icrası nəzərdə tutulur.