“Müasir təbiət va iqtisad elmlərinin aktual problemləri” adlı beynalxalq elmi konfrans
05-06 may 2023-ci ildə Gəncə Dövlət Universiteti “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans keçirəcəkdir.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
. Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu
. Müasir kimyanın aktual problemləri
. Müasir biologiyanın aktual problemlər
. Müasir iqtisad elmlərinin aktual problemləri
. Müasir fizikanın aktual problemləri
. Yaşıl iqtisadiyyat: İmkanlar və çətinliklər
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
İştirakla bağlı məlumat və məqalə elektron formada 31 mart 2023-cü ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 31 mart 2023-cü il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 05 may 2023- cü il;
Konfransın təntənəli açılış mərasimi 05 may 2023- cü il;
Bölmə iclasları 05-06 may 2023-cü il;
Konfransın bağlanış mərasimi 06 may 2023-cü il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
Materialların strukturu:
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:
AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88