Gəncə Dövlət Universitetində yaz imtahan sessiyası başladı
Gəncə Dövlət Universitetində (GDU) 2022-2023-cü tədris ilinin yaz imtahan sessiyasına start verilib.
Imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi və auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb, imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası təşkil edilib, auditoriyalara müasir kameralar quraşdırılıb.
İmtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Hazırda imtahanlar yazılı və qabiliyyət formasında aparılır. Gün ərzində 2500-ə qədər tələbənin imtahanda iştirak etməsi nəzərdə tutulur.
Qeyd edək ki, 01 iyun 2023-cü il tarixində başlayan imtahan sessiyası 5 iyul 2023-cü il tarixində yekunlaşacaq.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti