GDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

      AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

     AzEdu.az və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Brend tələbə”lər mükafatlandırılıb.

     Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə və AzEdu.az təhsil portalının “İlin gənc müəllimi” layihəsinin qalibi Leyla Camalzadə çıxış edərək “Brend tələbə” statusuna layiq görülmüş gəncləri təbrik ediblər və onlara uğurun sirlərindən danışıblar.

   Çıxışlardan sonra GDU-nun “Brend tələbə”lərinə təltifnamələr təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti