GDU-da Elmi Şuranın növbəti iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

    Elmi Şura öz işinə başlamazdan öncə rektor Yusif Yusibov uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə universitetin 5 əməkdaşına Fəxri fərman və mükafatlar təqdim edib.

   Sonra Elmi Şura öz işinə başlayıb. İclası giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib, 2022-2023-cü tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında danışıb.

   İclasda qeyd olunub ki, yaz imtahanların keçirilməsi ilə bağlı bütün işlər artıq yekunlaşıb, imtahan sesiyasının 1 iyun 2023-ci il tarixində başlaması və 5 iyul 2023-cü il tarixində yekunlaşması nəzərdə tutulur. 

   Elmi şurada növbəti məsələ- Tədris ilinin II yarısında keçirilmiş pedaqoji və istehsalat təcrübələrinin yekunlarına dair  Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin hesabat məruzəsi dinlənilib. Qeyd edilib ki,  cari ilin fevral ayının 16-dan başlayan təcrübələr may ayının 24-də uğurla yekunlaşıb. Təcrübələrdə fəal iştirak edən bir neçə tələbə müəssisə tərəfindən işlə də təmin olunub.

    Elmi şurada 3-cü məsələ- Tələbə və digər ictimai təşkilatların gənclərin inkişafında ro­lu və qarşıda duran və­zi­fələrə dair Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşovun çıxışı dinlənilib.

    Gündəlikdə duran məsələlər müzakirə olunub. Şura üzvləri bütün məruzələri qənaətbəxş hesab ediblər.

    İclasda Təhminə  Nəbiyevanın  Ümumi pedaqogika  kafedrasında, Mətanət Sadıxovanın Ümumi texniki fənlər və texnologiya  kafedrasında, Təranə Behbudovanın Azərbaycan tarixi  kafedrasında,  Azər Cəlilovun Sosial fənlər  kafedrasında vakant olan dosent vəzifəsini tutmaları məsələsi müzakirə edilərək gizli səsvermə yolu ilə qəbul edilib.

     Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti