30.05.2023-cü il tarixdə təntənəli “Məzun günü” keçirilib

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

Məzun günündə dövlət rəsmiləri, müvafiq qurumların rəhbərləri, Dokuz Eylül Universitetinin əməkdaşları, Vətən müharibəsi qaziləri, şəhid valideynləri, universitetin professor-müəllim heyəti, tələbələr və validenlər iştirak ediblər.

Universitetin rektoru Yusif Yusibov çıxış edərək məzunları təbrik edib, bu il universitetdən 2050 bakalavr və magistrin məzun olduğunu diqqətə çatdırıb.   

Ölkəmizdə elm və təhsilə göstərilən dövlət qayğısından və GDU-nun əldə etdiyi nailiyyətlərdən danışan rektor Yusif Yusibov qeyd edib ki, ali təhsil ocağında tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, yüksəkixtisaslı kadr hazırlığı daim diqqət mərkəzində saxlanılır, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir.

Tədbirdə Univestisetin Qiyabi şöbəsinin bədən tərbiyəsi və idman ixtisasının bir qrup V kurs tələbələri təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə “Fəxri fərman” və “Təşəkkürnamə” ilə təltif olunublar.

“Məzun günü” konsert proqramı ilə davam edib və tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.