GDU-nun fakültələrində 8 Noyabr-Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib

                      Gəncə Dövlət Universitetinin  Kimya-biologiya fakültəsində “Zəfər Günü- Qəhrəmanlıq və şərəf günüdür” adlı tədbir keçirilib.

       Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva,    Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova,  Botanika kafedrasının dosenti Yeganə Aslanova və tələbələr iştirak ediblər.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Zəfər Günündən, 44 günlük Vətən Müharibəsində qəhrəman əsgərlərimizin igidliyindən söhbət açıb. Qeyd edib ki, xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin polad iradəsi sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq.

     Tədbirdə  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan və hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışılıb.

     Tədbirin bədii hissəsində Kimya-biologiya fakültəsinin tələbələri – Şəfiqə İsgəndərova “Azərbaycan Bayrağı” şeirini , Leyla Novruzova “Can Azərbaycan” musiqini səsləndiriblər. Tələbələrin vətənpərvərliyə aid nümayiş etdirdiyi kompozisiya maraqla qarşılanıb.

XXX

        Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində “8 Noyabr-Zəfər Günü” adlı tədbir keçirilib.

     Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

      Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığından danışıb. Bildirib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edir. Bu Zəfər bir daha göstərdi ki, xalqımız hər cür təhlükəni dəf etməyə qadirdir və öz torpağının bir qarışından belə imtina etməyəcək. Prorektor onu da diqqətə çatdırdı ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. Qələbə nəticəsində biz ərazi bütövlüyümüzlə yanaşı, milli qürurumuzu da bərpa etdik.

      Tədbirdə  Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov “8 Noyabr Zəfərə gedən yolun başlanğıcıdır”, Azərbaycan tarixi kafedrasının dosent Fəxrəddin Usenov “8 Noyabr: Tariximizin zəfər və qəhrəmanlıq səhifəsidir”, Ümumi tarix kafedrasının dosenti Etibar Musayev “Qanları ilə Şanlı Zəfər yazanlar” adlı məruzələrlə çıxış ediblər.

      Sonda Zəfər Gününə həsr edilmiş bədii hissə nümayiş  olunub.

XXX

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsilə  Fizika və texniki fənlər fakültəsinin birgə təşkilatçılığı ilə “8 Noyabr- Zəfərin səsi”  adlı tədbir keçiriblər.

     Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

     Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  bildirib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  ordumuz bütün döyüş əməliyyatları yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü. Şanlı Zəfər qazanıldı və  ölkəmizin ərazi bütövlüyü  bərpa edildi.

       Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək qeyd edib ki,  biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən Müharibəsində çin oldu və böyük Qələbənin sevincini yaşadıq. 

      Şəhid Kərəm Həsənovun həyat yoldaşı  Universitetin I kurs tələbəsi Nərmin Həsənova bu gün bizim qalib ölkənin vətəndaşları olmağımızdan danışdı.  Hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi  və tarixi qələbə sevincini yaşadan Müzəffər Ordumuza borcluyuq.   Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

       Tədbirin bədii hissəsində fakültənin tələbələri –  Amin Salmanov “Ey əziz ana”, “Gəl ey səhər”,  Məhəmməd Sərdarov, Aynur Göyşəyeva “Qaytar eşqimi” mahnılarını səsləndiriblər. Həmçinin  tələbələrin ifasında müxtəlif rəqslər də nümayiş etdirilib.

xxx

            Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika, Xarici dillər və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Zəfərin mübarək!” adlı tədbir keçirilib.

     Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

      Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözüq ilə açaraq  8 Noyabr – Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini və bu bayram münasibətilə təbriklərini çatdırıb. Prorektor  həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açaraq Qarabağda suverenliyimizin tam bərpasının böyük qürur olduğunu diqqətə çatdırıb. Şanlı qələbənin müəllifi isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, eləcə də Silahlı Qüvvələrimiz, şəhidlərimiz və veteranlarımızdır. 

        Təbirdə  Riyaziyyat-informatika  fakültəsinin  I kurs tələbəsi,  Vətən Müharibəsi iştirakçısı Fuad Ələkbərli çıxış edərək  44 günlük Vətən müharibəsində  keçdiyi şərəfli döyüş yolundan  danışıb.  Qeyd edib ki, hazırda  dünyanın bir sıra nəhəng dövlətləri Vətən Müharibəsində ordumuzun tətbiq etdiyi taktikanı diqqətlə öyrənirlər. Vətən müharibəsi iştirakçısı bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

      Tədbir tələbələrin iştirakı ilə mahnı ifalarından və rəqslərdən ibarət bədii hissə ilə yekunlaşıb.

XXX

8 Noyabr-Zəfər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində  tədbir keçirilib.

      Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni Dövlət Himni səsləndirilib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov tədbirdə çıxış edərək Zəfər Günündən, 44 günlük Vətən Müharibəsində qəhrəman əsgərlərimizin igidliyindən söhbət açıblar. Qeyd edilib ki, qələbənin əldə edilməsində şəhidlərin və qazilərin rolu danılmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin polad iradəsi sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq.

      Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti