Gəncə SOS Uşaq Kəndində praktik-seminar məşğələləri uğurla davam edir
Gəncə Dövlət Universiteti ilə SOS uşaq kəndi arasında bağlanmış iki tərəfli əməkdaşlıq müqavilələrinə əsasən nəzərdə tutulan Tarix və coğrafiya fakültəsinin Sosial iş, Pedqoji fakültənin Psixologiya, TSPX ixtisaslarının III kurs tələbələri ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətdə tətbiq etmək məqsədilə praktik- seminar dərsləri həmin müəssisədə təşkil olunur.
23.10.2025–ci il tarixində TSPX, Sosial iş ixtisaslarının III kurs tələbələrinin seminar dərslərində Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev SOS Uşaq Kəndinin direktoru Tale Cəfərov, Sosial fənlər kafedarasının müdiri Cavid Bağırzadə, fənn müəllimləri və III kurs tələbələri iştirak edirdilər.
Dərsdə SOS Uşaq Kəndinin direktoru Tale Cəfərov qeyd edib ki, SOS Uşaq Kəndinin fəaliyyətindən söhbət açıb.
Çıxış edənlər sosial işin təşkili və uşaqların himayəyə götürülməsi qaydaları, uşaqlarla aparılan tədbirlər, fərdi işlər haqqında tələbələrə və onları maraqlandıran suallara ətraflı məlumat veriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti



