GDU-nun tələbələri Göygölün tarixi məkanlarında olublar

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Kimya və Biologiya fakültəsinin tələbələri Göygölün tarixi məkanlarına ekskursiya ediblər.

Tələbələr XIX əsrdə alman sakinləri tərəfindən inşa edilmiş “yeraltı şəhər”i xatırladan zirzəmi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tarixi məkanda nümayiş etdirilən eksponatlar və  vaxtı ilə Göygöldə yaşayan almanların  həyat  tərzini haqqında ətraflı məlumat verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti