GDU-nun əməkdaşı orta məktəbdə ustad dərsində
Gəncə Dövlət Universitetinin Ümumi riyaziyyat kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Qaybalıyeva Gəncə şəhər Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbdə ustad dərsi keçib.
“Kvadrat tənlikləri və blok -sxem sistemlərinin həlli” mövzusunda olan ustad dərsində universitetin Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Ümumi riyaziyyat kafedrasının müdiri, dosent Sübhiyyə Zeynallı, Gəncə şəhər 16 nömrəli tam orta məktəbin rəhbəriliyi, fənn müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məruzəçi Kəmalə Qaybalıyeva mövzu ilə əlaqədar şagirdlərə əhatəli məlumat verib, misallar əsasında dərsi izah edib.
Daha sonra şagirdlərin sualları cavablandırılıb. Dərsdə fəallığı ilə fərqlənən şagirdlərə Riyaziyyat fənninə aid kitablar, universitetin bukletləri, diyircəkli qələmlər və blaknotlar təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




