GDU Tələbə Elmi Cəmiyyətinin (TEC) fakültələr üzrə idarə heyətinin seçki iclası keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) İdarə Heyətinin seçki iclası keçirilib.

İclasda Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə, Universitet üzrə TEC sədri Lalə Ələkbərova, fakültənin dekanı Məsim Abadov, Tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov, Humanitar məsələlər üzrə dekan müavini Xəqani Kazımov, kafedra müəllimləri və tələbələr iştirak edib.

İclası giriş sözü ilə açan prorektor Pərvin Kərimzadə müasir təhsil modelində tələbələrin elmi-tədqiqat proseslərinə aktiv cəlb olunmalı olduqlarını bildirib. O, gənclərin elmi təşəbbüslərinin dəstəklənməsinin gələcək akademik nailiyyətlər üçün fundamental baza yaratdığını qeyd edib.

Daha sonra çıxış edən fakültə dekanı Məsim Abadov İqtisadiyyat və idarəetmə fakültəsində elmi mühitin daha da canlandırılması üçün görülən işlərdən danışıb. Seçiləcək yeni heyətin fakültənin elmi reytinqinin yüksəldilməsində və tələbələrin beynəlxalq konfranslarda təmsil olunmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Universitet üzrə TEC sədri Lalə Ələkbərova isə seçki prosesinin gedişatı və namizədlər haqqında iştirakçılara qısa məlumat verib.

Səsvermənin nəticələrinə əsasən, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə TEC-in yeni İdarə Heyəti aşağıdakı tərkibdə təsdiq edilib.

Sədr: Musayeva Güləsər

 Birinci dərəcəli sədr müavini: Musayeva Xədicə

İkinci dərəcəli sədr müavini: Qarayev Fəxrəddin

 Katib: Abdullayev Şikar

Üzvlər üzrə məsul şəxs: Hüseynova Firəngiz

XXX

Gəncə Dövlət Universitetinin (GDU) Kimya və Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) İdarə Heyətinin seçki iclası keçirilib.

İclasda Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanova, Universitet üzrə TEC sədri Lalə Ələkbərova, fakültə üzrə TEC sədri Leyla Süleymanova, sədr müavini Aysel Mikayılova, fakültə üzrə TGT sədri Əziz Əzizli, eləcə də idarə heyətinə namizədliyini irəli sürmüş tələbələr iştirak ediblər.

Iclası giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə müasir təhsil sistemində tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasının prioritet məsələ olduğunu vurğulayıb.

Daha sonra Humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanova çıxış edərək fakültədə tələbələrin elmi potensialının reallaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Universitet üzrə TEC sədri Lalə Əkbərova isə seçki prosesinin gedişatı və namizədlər haqqında iştirakçılara qısa məlumat vermişdir.

Qapalı səsvermənin nəticələrinə əsasən, Kimya və Biologiya fakültəsi üzrə TEC-in yeni İdarə Heyəti aşağıdakı tərkibdə təsdiq edilib.

Sədr- Məmmədzadə Lalə

Birinci dərəcəli sədr müavini – Əsədzadə Fuad

İkinci dərəcəli sədr müavini – Mahmudzadə Çiçək

Katib – Ələsgərova Ləman

Üzvlər üzrə məsul şəxs – Sultanmədova Səkinə