Novruz gəlir, yaz gəlir!

Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsi və Pedaqoji fakültənin birgə təşkilatçılığı ilə “Novruz gəlir, yaz gəlir!” adlı tədbir keçirilib.

 Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanıb və böyük məhəbbətlə qeyd olunub. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur.

 Fizika və texniki fənlər fakültəsinin dekanı  Muğan Quliyev və Pedaqoji fakültənin dekanı Zaur Hüseynzadə tələbələri Novruz bayramı münasibəti ilə təbrik ediblər.

 Tədbirdə  tələbələrin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub və xalq mahnıları ifa edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti