Universitetdə Vətən müharibəsi iştirakçıları və qaziləri ilə görüş
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi bu il də öz ənənəsinə sadiq qalaraq Novruz bayramı ərəfəsində Vətən müharibəsi iştirakçısı və qazisi olan universitet əməkdaşları ilə görüş keçirib.
Öncə universitetdə şəhidlərə həsr edilmiş xatirə guşəsi önünə gül dəstəsi qoyulub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitənin sədri Afaq Qasımova Novruz bayramı münasibəti ilə görüş iştirakçılarını universitet rəhbərliyi və öz adından təbrik edib, onlara cansağlığı arzulayıb. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şərəfli qələbədən, igidlərin qəhrəmanlığından söhbət açıb. Qeyd olunub ki, əsl vətənpərvərlik nümayiş etdirərək 30 il işğal altında olan torpaqlarımızın cəmi 44 gün ərzində yağı düşməndən azad edilməsində böyük fədakarlıq göstərən qazilərimiz daim universitet rəhbərliyinin diqqət mərkəzindədir.
Sonda Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə qazilərə Novruz hədiyyə kartları təqdim edilib.
Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibova və Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovaya minnətdarlıqlarını bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






