Gəncə SOS Uşaq Kəndinin fidanları və Gəncə şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Gəncə Dövlət Universitetində
Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasında Gəncə SOS Uşaq Kəndinin fidanları, Gəncə
şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdləri, Musiqi fənləri
kafedrasının müəllimləri və Pedaqoji fakültənin Musiqi müəllimliyi ixtisası üzrə
tələbələri tərəfindən hazırlanan “Novruz bayramı” şənliyi “Balaca səslər, böyük qəlblər”
layihəsi çərçivəsində uğurla keçirildi.
Tədbiri giriş sözü ilə açan Musiqi fənləri kafedrasının müdiri, professor
S.Qurbanəliyeva, tədbirin moderatoru kafedranın baş müəllimi S.Həsənova çıxışlarında
Novruz bayramının milli-mənəvi dəyərlər sistemində mühüm əhəmiyyətini qeyd etdilər,
Universitetdə təlim-tərbiyə məsələlərinin müasir dövrün tələbləri səviyyəsində təşkili
üçün Gəncə Dövlət Universitetinin rəhbərliyinə dərin
minnətdarlıqlarını bildirdilər.
Tədbirdə nümayiş olunan slaydlar, şagirdlərin və tələbələrin ifasında bir-birindən
maraqlı rəqs nömrələri, Novruz bayramına həsr olunmuş mahnılar, “Keçəl, Kosa və
Bahar qız” səhnəciyi tədbiri yaddaqalan və maraqlı etdi.
Tədbirdə iştirak edən Pedaqoji fakültənin dekanı
Zaur Hüseynzadə, İnnovasiya və Texnologiyalarının Transferi və Margetinqi şöbəsinin
müdiri Razim Əliyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Universitetin Təhlükəsizlik
Xidmətinin rəisi Xəqani Umudov, İnnovasiyalar Departamentinin baş mütəxəssisi
Mustafa Hüseynov, pedaqoji fakültənin dekan müavini, baş müəllim İlqar Haqverdiyev çıxış edərək bayram təbriklərini səsləndirdilər.
Maraqlı və zəngin bayram proqramının sonunda tədbirin iştirakçıları olan
uşaqlara bayram sovqatları təqdim olunub.




