GDU-da “Xəzər İntellektual Gənclər Klubu”nun I seçim turu keçirilib
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən Xəzər İntellektual Gənclər Klubunun I seçim turu baş tutub.
7 fakültə üzrə tələbələrin fəal iştirakı ilə keçirilən bu mərhələdə gənclərin bilik, çeviklik və komanda ilə işləmə bacarığı müəyyən olunub.
Gərgin və maraqlı mübarizə nəticəsində “Aslanlar” komandası fərqlənərək seçim turunun qalibi olub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






