GDU-DA TƏHSİL ALMAQ İSTƏYƏN BİR QRUP ƏCNƏBİ VƏTƏNDAŞIN MÜSAHİBƏ MƏRHƏLƏSİ YEKUNLAŞIB
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq 2026/2027-cı tədris ilində Gəncə Dövlət Universitetində bakalavriat və magistratura səviyyəsində təhsil almaq üçün müraciət etmiş əcnəbi vətəndaşlarla görüş təşkil olunub.
Universitetdə yaradılmış əcnəbi tələbələrin komissiyasının sədri və üzvləri Türkiyə Respublikası, Ukrayna və Rusiya Federasiyası vətəndaşı olan əcnəbilərin müsahibə iştirakçılarına uğurlar arzulayıblar və Gəncə Dövlət Universitetində əcnəbi tələbələrin təhsil alması üçün mövcud şərait və sənədləşdə işləri haqqında məlumat veriblər.
Əcnəbilərin qəbulu komissiyasının üzvlərinin əcnəbilərlə görüşünün yekunu olaraq “AOTİS” elektron portal üzərindən müraciət etmiş xarici vətəndaşların sənədləri və Azərbaycan dili bacarıqları yoxlanılıb.
Qeyd edək ki, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Pakistan, Kenya, Banqladeş Xalq Respublikası, Liberiya vətəndaşları 41 nəfər olmaqla sistem üzrə müraciət etmiş ancaq onlardan sənədləri uyğun olan 19 nəfər Turkiyə Respublikası, Ukrayna və Rusiya Federasiyasının vətəndaşının müxtəlif ixtisaslara qəbul edilmələri qərara alınıb.
Məlumat üçün bildirək ki, əcnəbilərin yalnız attestatla qəbulu 30 sentyabr 2026-cı ilə qədər uzadılıb. Müraciətlər qeyd olunan tarixə qədər qəbul olunur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti













