Gəncə Dövlət Universitetinin Tələbə Evinə qeydiyyat davam edir
Gəncə Dövlət Universitetinin Tələbə Evində tələbələr üçün rahat və təhlükəsiz şərait təmin olunmuşdur. Müasir standartlara cavab verən kompleks 744 tələbənin yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur və burada tələbələrin sosial-məişət ehtiyaclarının yüksək səviyyədə ödənilməsi üçün hər cür şərait yaradılmışdır.
Tələbə evi fasiləsiz elektrik enerjisi, daimi isti və soyuq su ilə təmin olunmuşdur. Kompleksin 3 yaşayış binasında tələbələrin gündəlik həyatını daha rahat təşkil etmək məqsədilə hər mərtəbədə mətbəx, sanitar qovşağı, istirahət otağı və akt zalı fəaliyyət göstərir.
Tələbələrin sağlam həyat tərzinin təşviqi və asudə vaxtlarının səmərəli təşkili üçün kompleksdə 400 nəfərin eyni vaxtda istifadə edə biləcəyi geniş yeməkxana, idman meydançası, fəvvarə, yaşıllıq sahələri və istirahət zonaları yaradılmışdır. Bu imkanlar tələbələrin həm təhsil, həm də sosial fəaliyyətlərini rahat şəkildə həyata keçirməsinə şərait yaradır.
Təhlükəsizliyin təmin olunması məqsədilə Tələbə evi müasir müşahidə kameraları ilə təchiz edilmişdir. Eyni zamanda, universitetin əsas kitabxanasının da burada yerləşməsi tələbələrə elmi və tədris resurslarından operativ istifadə etmək imkanı verir.
Gəncə Dövlət Universitetinin Tələbə evi tələbələr üçün sadəcə yaşayış məkanı deyil, həm də onların akademik, sosial və şəxsi inkişafını dəstəkləyən müasir təhsil mühitinin ayrılmaz hissəsidir.
Ünvan: Gəncə şəhəri Dədə Qorqud küçəsi 226
Əlaqə telefonu: 055 398 28 93 (GDU Tələbə Evinin direktoru Ariz İbrahimov)


