Gəncə Dövlət Universitetində 27 Sentyabr- Anım Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib

27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar Gəncə Dövlət Universitetinin 5-ci tədris binasının həyətində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, prorektorlar, ali təhsil ocağının əməkdaşları və tələbələr iştirak ediblər. Xeyli sayda ağac əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Universitetin həyətində təşkil olunan ağacəkmə aksiyası həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsi, həm də yaşıllıq ərazilərinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına yönəlmiş tədbirlərin davamı kimi keçirilib.

 Qeyd edək ki, universitet rəhbərliyi tərəfindən yaşıllıqların qorunması və zənginləşdirilməsi üçün mütəmadi olaraq ağacəkmə aksiyası təşkil edilir.