GDU-nun əməkdaşları I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfrasda iştirak edib

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti, TÜRKSOY, Yunis Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 14-15 may tarixlərində əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçıları bir araya gəliblər.

Açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, universitet rəhbərliyi və professor-müəllim heyəti, eləcə də Azərbaycan və xarici ölkələrin tanınmış türkoloq alimləri iştirak ediblər.

Konfransın açılışında çıxış edənlər  bildiriblər ki, Birinci Bakı Türkoloji Qurultayı yalnız dilçilik tarixinin mühüm hadisəsi deyil, bütövlükdə türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında xüsusi rol oynamış tarixi platformadır. Düz bir əsr əvvəl Bakıda əsası qoyulan ortaq dil, ortaq əlifba, ortaq terminologiya və ortaq gələcək ideyaları bu gün də öz aktuallığını qoruyur.

GDU-nun Filologiya və Xarici dillər fakültəsi üzrə “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfransında iştirak etmiş əməkaşları və tələbəsi:

Dosent Yadigar Əliyev.Azərbaycan və türk dillərinin ortaq folklor nümunələrində diferensial əlamətli leksik vahidlər (atalar sözləri əsasinda) / I Türkoloji qurultayin 100 illiyi: dil məsələləri beynəlxalq elmi konfrans. Xülasələr toplusu. Bakı, 14-15 may 2026, s 373-375

Dosent Gülarə Məlikova. Birinci Türkoloji Qurultayda dilçilik tipologiyasının nəzəri məsələlərinə dair araşdırmalar haqqında / I Türkoloji qurultayın 100 illiyi: dil məsələləri beynəlxalq elmi konfrans. Xülasələr toplusu. Bakı, 14-15 may 2026

Dosent Səba Namazova. Türkçülük ideologiyasının banisi Əli bəy Hüseynzadə irsində sənədləşən tarixi faktlar / I Türkoloji qurultayın 100 illiyi: dil məsələləri beynəlxalq elmi konfrans. Xülasələr toplusu. Bakı, 14-15 may 2026, s. 432-434

Dosent Aytən Əhmədova. I Türkoloji qurultayın müəllimlərin pedaqoji fəaliyyətinə təsiri / I Türkoloji qurultayın 100 illiyi: dil məsələləri beynəlxalq elmi konfrans. Xülasələr toplusu. Bakı, 14-15 may 2026, s. 677-679

Filologiya üzrə fəlsəfə doktoru Aynur Novruzova. Azərbaycan və türkmən uşaq folklorunun ortaq tipoloji xüsusiyyətlər/  I Türkoloji qurultayın 100 illiyi: dil məsələləri beynəlxalq elmi konfrans. Xülasələr toplusu. Bakı, 14-15 may 2026-cı il

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Rabiyyə Əkbərova. Azərbaycan və türk dillərində kulinariya terminləri / I Türkoloji qurultayın 100 illiyi: dil məsələləri beynəlxalq elmi konfrans. Xülasələr toplusu. Bakı, 14-15 may 2026-cı il

Dosent Yadigar Əliyev. 1930-cu illər mətbuatında alınma leksik vahidlər / AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu. “Türkoloji qurultay – 100” mövzusunda Respublika Elmi konfransının  materialları. Bakı, 23 aprel 2026-cı il, s. 183-187