Samuxlu şagirdlər GDU ilə yaxından tanış olublar
Samux rayon İlham Məhərrəmov adına Yenikənd kənd tam orta məktəbin yuxarı sinif şagirdləri Gəncə Dövlət Universitetinin V tədris binasında olublar.
Şagirdlər univesitetdə fəaliyyət göstərən Nuru Paşa adına kitabxana, Əlilliyi olan tələbələr üçün Mərkəz, STEAM laboratoriyası, Alternativ Enerji Laboratoriyası , o cümlədən Qəhrəman Yüksəl Əlizadənin adını daşıyan auditoriya ilə yaxından tanış olublar.
GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Filologiya və Xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, Leksika və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımova, Rus dili kafedrasının müdiri Kəmalə Əhmədova, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev universitetdə son illər ərzində aparılan tədris, elmi-tədqiqat işləri, əldə edilən uğurlar haqqında ətraflı məlumat veriblər.
Samux rayon Yenikənd kənd tam orta məktəbin direktoru İftixar Almuradov, məktəbin kimya müəllimi Günel Məmmədov və əməkdaş Vüqar Qasımov çıxış edərək universitetlə tanışlığın şagirdlər üçün əhəmiyyətindən bəhs ediblər.
Sonda şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.






