ADA Universiteti Gəncə Dövlət Universitetində yuxarı kurs tələbələri ilə görüş keçirmişdir

                                                    

Gəncə Dövlət Universiteti ilə yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin yuxarı kurs tələbələrinin də iştirak etdikləri görüşdə ADA Universitetinin təhsil fakultəsinin proqram rəhbəri Səidə Nəbiyeva və tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova çıxış edərək universitetin dünya təhsil sistemində tutduğu mövqedən, fəaliyyətə başladığı 16 il ərzində qazandığı uğurlardan danışmış və universitetdə yaradılan yeniliklər  barədə tələbələrə ətraflı məlumat vermişlər. Diqqətə çatdırılmışdır ki, hazırda universitetin 4 fakultəsində  3 min tələbə təhsil alır ki, onun da 130-u əcnəbi tələbələrdir.

Görüşdə ADA Universitetinn magistr ixtisasları, bu ixtisaslara qəbul və təhsil haqqına güzəştlər  barədə geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, ADA Universiteti növbəti ildən magistratura pilləsi üzrə menecment və təlim və tədrisin təşkili və metodikası ixtisaslarının Azərbaycan dilində tədrisinə başlanacaqdır. Bu ixtisaslar həm ADA Universitetində, həm də ADA İniversitetinn Qazax Mərkəzində əyani və distant formada tədris olunacaqdır.Sonda tələbələrin suallarına aydınlıq gətirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti