“Ailə dəyərləri” mövzusunda seminar təşkil olundu
25.11.2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr arasında “Ailə dəyərləri” mövzusunda seminar təşkil olundu. Seminarda gənclər ilə ailə dəyərləri, Azərbaycanda ailə siyasəti,ailə modeli, müasir ailələr kimi mövzular ətrafında müzakirələr aparıldı, maraqlı fikirlər eşidildi. Seminarın təşkilində məqsəd tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, müzakirə və nitq qabiliyyətinin inkişafı, mövzuya uyğun yeni biliklər əldə olunması idi.