ALMAN AKADEMİK MÜBADİLƏ XİDMƏTİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ
Bildiyimiz kimi (DAAD) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər, Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir. DAAD-ın Bakı Məlumat Mərkəzi Azərbaycanın və Almaniyanın bütün Ali təhsil müəssiələri ilə sıx əməkdaşlıq edir.
Təqaüdü tələbələrimizə bir daha qazandırmaq və elektron sənədləşmə işlərində yaranmış problemləri aradan qaldırmaq məqsədi ilə DAAD rəhbəri Ştefani Dufauks və onun məsləhətçisi Mareike Rumpin 15-16 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində olmuş, Xarici dillər fakültəsinin Alman dili kafedrasının tələbə və müəllim heyəti ilə görüşmüş, seminarlar, online test imtahanları keçirmişlər.
15 may tarixində keçirilən online test imtahanında Alman dili müəllimliyi ixtisasının tələbələri iştirak etmişdir. 12 tələbə yüksək nəticə əldə edərək 30 may-8 iyun tarixlərində keçiriləcək seminar yay məktəbində iştirak edəcək və fəal iştirak edən tələbələr DAAD-ın noyabr ayında keçirəcəyi imtahan-təqaüd proqramının qazanılmasına təkan yaradacaq, Almaniya təşkilatının təqaüdünü qazanmış olacaqlar.
16 may tarixində keçirilən seminarda Xarici dillər fakültəsinin Alman dili kafedrasının müdiri f.f.d Elvin Atakişiyevin rəhbərliyi ilə kafedranın bütün müəllim heyəti iştirak etmişdir. Seminarda kafedranın bütün əməkdaşları DAAD tərəfindən sertifkatlarla təltif olunacaqlar.