DAAD TƏQAÜD PROQRAMINDA TƏLƏBƏLƏR YÜKSƏK NƏTİCƏ ƏLDƏ EDİB

Alman Akademik Mübadilə Xidməti olan DAAD vasitəsilə yay kurslarında iştirak etmək üçün sənəd təqdim etmiş Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Dövlət Aqrar Universitetində xarici dil imtahanı götürülüb.

Təşkil olunmuş görüşdə DAAD (Alman Akademik Mübadiləi Xdməti)-nin nümayəndələri Mara Liza Gezer, Michael Beek, ÖAD(Avstriya Akademik Mübadilə Xidməti)-nin nümayəndələri Stefanie Matzer, İvana Pazin, Azərbaycan Alman dili müıllimləri birliyinin sədri Lətifə Qurbanova və digər  nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Alman Akademik Mübadilə Xidməti – DAAD tələbə və elmi işçiləri beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir.

Təşkilat demək olar ki, dünyanın bütün ölkələrində məlumat mərkəzləri vasitəsilə təmin olunub. Onlardan biri olan DAAD-ın Bakı Məlumat Mərkəzi Azərbaycanın və Almaniyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır.

Diqqətə çatdırılıb ki, fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssiələri ilə əməkdaşlıq etməyə səy göstərən DAAD-ın Bakı Məlumat Mərkəzi ilə ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq münasibətləri qurulub və bu cür əlaqələr ildən–ilə inkişaf etdirilir.

Çıxış edən DAAD əməkdaşları gələcəkdə ali təhsil müəssisəsində Alman dili müəllimliyi ixtisasında təhsil alan tələbələrin nitq bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlərin təşkil edilməsində maraqlı olduqlarını deyiblər.

Tədbirdə gələcək illərdə Avstriya Mubadilə Xidməti vasitəsilə universitetin yeni akademik mübadilə imkanları da müzakirə edilib.

Sonra Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin tələbələri imtahanda iştirak ediblər.

Gəncə Dövlət Universitetinin Alman dili müəllimliyi üzrə 3 nəfər tələbəsi yüksək nəticə əldə edib.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ