Alman dili kafedrasının müəllimləri tərəfindən alman dilində yazı, oxu, danışıq və dinləmə bacarıqlarının inkişafına dair seminarlar təşkil olunacaq

Gəncə Dövlət Universitetində 16 – 25 may 2025 –ci il tarixlərində “Müasir dövrdə alman dilinin öyrənilməsində yazı, oxu, danışıq və dinləmə bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunacaq.

Alman dilində dinləyib – anlama bacarıqlarının inkişafı, oxuyub – anlama vərdişlərinin formalaşdırılması, yazı vərdişlərinin tətbiqi mövzularından ətraflı danışılacaq.

Təlim Alman dili kafedrasının müəllimləri O.Müslümova, V.Kərimova, G.Qasımova və A.Yusifli tərəfindən aparılacaq.