“Alman dilinin öyrənilməsində tətbiq olunan yazı vərdişləri” adlı təlim praktik nümunələr əsasında keçirilib

23.05.2025-ci il tarixdə Gəncə Dövlət Universitetində “Alman dilinin öyrənilməsində tətbiq olunan yazı vərdişləri” mövzusunda təlim baş tutub. Alman dili kafedrasının müəllimi Arzu Yusifli tərəfindən aparılan təlimdə yazı vərdişlərini formalaşdıran   müasir təlim üsullarından   bəhs olunub, eləcə də Alman dilində yazının inkişafına xidmət edən  innovativ təlim üsullarının tətbiqindən bəhs edilib.

 Təlimdə təqdim olunan müasir təlim üsulları auditoriyanın marağına səbəb olub.