“Alternativ enerji mənbələri və Azərbaycanda inkişafı” mövzusunda ustad dərsi
Gəncə Dövlət Universitetinin Fizika kafedrasının müdiri, dosent Yəhya Namazov Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbdə “Alternativ enerji mənbələri və Azərbaycanda inkişafı” mövzusunda ustad dərsi keçib.
Ustad dərsində Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Fizika kafedrasının əməkdaşları, orta məktəbin kollektivi və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Dərsdə dosent Yəhya Namazov ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanları, külək, günəş, hidroenergetika, geotermal və bio qaz enerjisi haqqında geniş məlumat verib.
Sonda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti