ASUDƏ VAXTIN SƏMƏRƏLİ TƏŞKİLİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatında gənclərin mütəmadi şəkildə asudə vaxtlarının səmərəli təşkili,onların sağlam həyat tərzi seçmələrinə yardımçı olan layihələrin reallaşdırılması diqqət mərkəzində olmuşdur. 20 oktyabr 2016-cı il tarixdə keçirilən tədbir  də həyata keçirilən bu tip layihələrin davamıdır.

Universitetin Tarix-coğrafiya, İqtisadiyyat və idarəetmə, Pedaqoji və Fizika və texniki fənlər fakültəsinin tələbələrinin iştirakı ilə Gəncə şəhərində yerləşən Gənclər evinə ekskursiya təşkil olundu. Onlar burada yaradılan şərait ilə yaxından tanış olmuş, daha sonra stolüstü tennis, bilyard və trenojor zalında maraqlı və səmərəli  gün keçirmişlər.

Tələbələr asudə vaxtlarını mənalı keçirdikləri üçün Tələbə Gənclər Təşkilatına öz minnətdarlıqlarını bildirdilər.