Macarıstan nümayəndə heyəti Gəncə Dövlət Universitetində olmuşdur
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Gəncəyə səfər edən Macarıstanın bir qrup nümayəndə heyəti Gəncə Dövlət Universitetində olmuşdur. Nümayəndə heyətinin üzvləri əvvəlcə bu yaxınlarda əsaslı təmirdən sonra istifadəyə verilən tələbə yataqxanasında yaradılan şəraitlə yaxından tanış olmuşlar. Sonra universitetin innovasiyalar departamentində Macarıstanın ali təhsil müəssisələri nümayəndələri ilə dəyirmi masa ətarfında görüş keçirilmişdir. […]










