REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında 4-cü yerə layiq görülüb. Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov yarışın qalibləri ilə görüşüb. Rektor Yusif Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. […]









